Əsas məzmuna keç

Qoşma

Dünyanın

Zəlimxan Yaqub

1

Çoxları bac aldı eldən, mahaldan, Heç kimə qalmadı bacı dünyanın. Gör nələr bişirib isti təndiri, Gör nələr qovurub sacı dünyanın.

Sazında ağrılı havalar çalır, Köhləni yorulur, yollarda qalır. Varlığı adamın gözündən salır Günləri keçəndə acı dünyanın.

Zəlimxan, nahaqdan min qan olsa da, Hələ də qoynunda zindan olsa da, Həyatda ən alçaq insan olsa da, İnsandı hər zaman tacı dünyanın.

1972, 14 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.