Əsas məzmuna keç

Heca şeiri

Dünyanın

Zəlimxan Yaqub

1

Biz ki üzümüzü dünyaya tutduq, Bizdən niyə dönsün üzü dünyanın. Qızdırmaq istədik nəfəsimizlə, Ərimək bilmədi buzu dünyanın.

Qaralır Günəşi, tutulur Ayı, Allahdan kəsilmir bəndənin payı. Duzsuz adamların azalır sayı, Getdikcə azalır duzu dünyanın.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.