Dünyadır
Ey yaranlar, müsəlmanlar, Gəlib-keçməli dünyadır. Gücü yetən qoç igidlər Töküb-saçmalı dünyadır.
Heç kim bunda tutmaz orun, Sağlıqda töküb, saç varın, Bunca yığıb, netdi Qarun, Qoyub qaçmalı dünyadır.
Bu dünyanın qəmin yersən, Adəm oğlu, nə gülərsən, Pər döşəyə sərt deyərsən, Yeri quçmalı dünyadır.
Daş yağdırar başlarına, Ağı qatar aşlarına, Buradakı işlərinə Hesab çəkməli dünyadır.
Məxdumqulu, oxu Quran, Xudadan diləgil iman, Hər igid ölsə binişan, Odu keçməli dünyadır.