Dünyadə cəfasız bizə bir yar tapılmaz
Dünyadə cəfasız bizə bir yar tapılmaz, Dildar tapılmaz. Məşhur məsəldir; güli-bixar tapılmaz, Gülzar tapılmaz. Sünbül nəçidir kim, ola ol zülfə bərabər, Ey laleyi-əhmər, Zülfün kimi bir nafeyi-tatar tapılmaz, Bir tar tapılmaz. Qəddin kimi var bağdə çox sərvü sənubər, Şimşad ilə ər-ər, Onlarda vəli səndəki rəftar tapılmaz, Ətvar tapılmaz. Bu rənci-xumar eylədi dilxun məni, saqi, Yoxmu meyi-baqi, Camında məgər badeyi-gülnar tapılmaz, Asar tapılmaz. Biz gövhəri-pürqiyməti-gəncineyi-canıq, Bir gənci-nihanıq. Qaldıq, bizə dünyadə xəridar tapılmaz, Bazar tapılmaz. Əsrari-xudadən dilü canımdı ləbaləb, Divani-mürəttəb, Şərh etməgə bir məhrəmi-əsrar tapılmaz, Dəyyar tapılmaz. Sövdayi-qəmi-zülfdə artırdı fəğanın, Tərk eylədi canın, Seyyid kimi bir şairi-biar tapılmaz, Bikar tapılmaz.