Əsas məzmuna keç

Qoşma

Dünyada

Aşıq Ələsgər

1

Varlıynan dost olub, yoxsula gülmə, Çox da havalanıb coşma, dünyada. El səni istəyib, qabağa çəksə, Ağır ol, alçağa düşmə dünyada!

Dərdini bölüşdür qədir bilənnən, Vəfalı dost olmaz üzə gülənnən. Bir adam ki "sən öl" desə yalannan, Onun körpüsündən keçmə dünyada.

Bu sözü bəyənər bir arif, əyyar, Bədəsil kimsəyə yapış, nə yalvar. Qonşuya söyləyib, aləmə yayar. Sirrin seyraquba açma dünyada.

Yaxşı oğul əgər bir yaxşı ata, Ölüncə heç kəsə yetirməz xata, Yeri gəlsə, xeyir verər elata, Onun arxasından qaçma dünyada.

Ələsgər, söylənir sözün adınan, Arif məclisində hər isbatınan. Bir dost sənlə olsa, sirri yadınan, Onu düşmənindən seçmə dünyada.

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.