Əsas məzmuna keç

Qoşma

Dünya və biz

Zəlimxan Yaqub

1

Qoca dünya dolaşdırır addımbaşı, Əvvəl-əvvəl sığal çəkir, öyür bizi. Kişiləşib, dizlərimiz bərkiməmiş, Zopasıyla, şallağıyla döyür bizi.

Həyat dəniz, ömür qayıq, can avardı, Nə dərd varsa, canı tapdı, cana vardı. İnsan quzu, vaxt kəmfürsət canavardı, Kəsir-tökür, loğma-loğma yeyir bizi.

Gəlişimiz işıq verdi bu dünyaya, Gedişimiz döndü yasa, döndü vaya. İnsanların biri palıd, biri qaya, Əyilmirik, zaman özü əyir bizi.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.