Əsas məzmuna keç

Heca şeiri

Dünya mənim şeirimdi

Zəlimxan Yaqub

1

Dünya mənim şeirimdi, Yerdə mavi çiçəkdən, Göydə ulduza qədər.

Dünya mənim şeirimdi, Zəmidən sünbülədək, Çörəkdən duza qədər.

Dünya mənim şeirimdi, Qışdan bürkülü yaya, Atəşdən buza qədər.

Dünya mənim şeirimdi Mamırıyla, daşıyla, Sevinci, kədəriylə, Gözlərinin yaşıyla. Dünya mənim şeirimdi, Yaşar sonsuza qədər.

2000, 4 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.