Əsas məzmuna keç

Heca şeiri

Dünya duruş gətirir

Zəlimxan Yaqub

1

Göylər dolur-boşalır, Axan dolu buludlar, Dumanlar hesabına.

Gecə-gündüz qaynaşır, Dənizlər xoşbəxt olur, Limanlar hesabına.

Yaxşılardı dünyanı, Yaraşığa mindirən. Dağılardı bu dünya, Yamanlar hesabına.

Yaxşı ki, uca Tanrı, Qoruyur bu dünyanı. Dünya duruş gətirir, Dürüst, saf əqidələr, İmanlar hesabına.

2006, 4 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.