Əsas məzmuna keç

Qoşma

Dünya başdan-başa çilçıraq oldu

Zəlimxan Yaqub

1

Sən gəldin, təbiət nura boyandı, Ay ocaq yandırdı, il çıraq oldu. İşıqlar sayrışdı çəmənlər üstə, Lalə közə döndü, gül çıraq oldu.

Muştuluq paylandı arana, dağa, Günəşdən torpağa, bağbandan bağa. Gəldin taleyimə nur yağdırmağa, Barmaq şama döndü, əl çıraq oldu.

Sevgin qucaqladı yurdu, yuvanı, Ətrin qucaqladı suyu, havanı. Çimdi nur içində göyün tavanı, Dünya başdan-başa çilçıraq oldu.

2004, 17 avqust

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.