Dünya
İnsanın qəlbində həsrət olanda, Yüz ilə döndərər yüz günü dünya. Gətirər hər zaman yağı yağ üstə, Lap candan eyləyər üzgünü dünya.
Haqqın sarayını vurar, uçurar, Nahaqqın evində səltənət qurar. Əyriyə min naxış, min bəzək vurar, İynətək lüt qoyar düzgünü dünya.
Üzbəüz duranda yalanla gerçək, Zəlimxan, doğrunun qılıncını çək. Baxma ki, çirkinin günahkarıtək Sındırır həmişə güzgünü dünya.
1971, 20 dekabr