Dünya
“Gəlimli-gedimli dünya, Son ucu ölümlü dünya” Hamıdan güclü, qüvvətli, Hamıdan çəlimli dünya.
Səsdi, ündü, ruhdu, candı, Həm canandı, həm də candı. Xoş gündə dərdə dərmandı, Bəd gündə zülümlü dünya.
Bulud yükün, yağış tərin, Daş sümüyün, torpaq dərin, Ağılda hamıdan dərin, Hamıdan elmli dünya.
2009