Əsas məzmuna keç

Heca şeiri

Dünya

Zəlimxan Yaqub

2

Cavanların gözündə gözəlləşdi, böyüdü, Qocaların gözündə süqut eylədi dünya.

Cavanlığı, gəncliyi nəğmələrlə bəzədi, Qocalığa gələndə sükut eylədi dünya.

Qocalığın axırı bir qəpiyə dəymədi, Cavanlığı xas qızıl, yaqut eylədi dünya.

Nəfəsimiz beşikdə, bələyimiz bələkdə, Hamının son evini tabut eylədi dünya.

Dünya insandan qoca, insan dünyadan uşaq, Qoca kimdi, cavan kim, sübut eylədi dünya.

2009

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.