Əsas məzmuna keç

Müxəmməs

Dün sayə saldı başimə bir sərvi-sərbülənd

Məhəmməd Füzuli

1

Dün sayə saldı başimə bir sərvi-sərbülənd Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd. Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd, Bir püstə gördüm bu dürci-dəhəndir – dedim, dedi: – Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin!

Əymiş hilali üstünə tərfi-külahini, Çox dilşikəstənin gögə yetirmiş ahini, Zülfün dağtdı, gizlədi əbr içrə mahini, Gördüm üzündə həlqeyi-zülfi-siyahini, – Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi: – Dövri-rüxümdə rişteyi-canındürür sənin!

Vermiş füruğ şəm’i-rüxi gün çirağinə, Salmış şikəst sərv qədi gül budağinə. Dün sərv tək basanda qədəm göz bulağinə, Bir neçə xardən ələm irmiş əyağinə, – Gül bərginə batan nə digəndir? – dedim, dedi: – Müjgani-çeşmi-əşkfəşanındürür sənin!

Ceyr ilə saldı bağə güzər ol səmən’üzar, Ənvai-zibü zinət ilə fəsli-növbəhar, Açmış gül üzrə sünbülü giysuyi-mişkbar, Yaxmış lətif ayağına gülbərg tək nigar, – Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi. – Qəmzəm xədəngi tökdüyü qanındürür sənin!

Düşmüş üzarı üzrə müənbər səlasili, Aşüftəhal edib neçə bisəbrü bidili,

Əqlimi valeh eylədi, şəklü şəmaili, Göz gördü qamətin, dilü can oldu maili, – Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi: –Mənzuri-dideyi-nigəranındürür sənin!

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə, Can valeh oldu lə’li-ləbü göftguyinə, Dil düşdü dami-silsileyi-mişkbuyinə, Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə, – Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi: – Ey çox xətalı, kəndi qiranındürür sənin!

Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab, Gül çöhrəsindən atdı səba pərdeyi-hicab, Gülzarə çıxdı seyr ilə ol rəşki-afitab, Şəbnəm nisarın etdi yüküş lö’löi-xoşab, – Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi: – Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin!

Lüğət: Əbr – bulud.Əbru – qaş; Rəsən – ip, kəndir; Füruğ – işıq, ziya; Üzar – yanaq. V; Xədəng – ox; Səlasil – silsilələr, zəncirlər; Vəh – aydınlıq, aşkarlıq; Mənzur – nəzərə alınmış, baxılmış; Sirişk – göz yaşı; Rəşk – həsəd, qısqanmaq; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.