Əsas məzmuna keç

Qəsidə

Dün ki xurşid üzünə əbri-siyah oldu hicab

Seyid Əzim Şirvani

2

Dün ki xurşid üzünə əbri-siyah oldu hicab, Müşkdən arizinə şahidi-çin çəkdi niqab.

Nisfi-şəb çeşmi-kəvakib kimi həngami-səhər Tutdu asayiş üçün əhli-cahan çeşmini xab.

Məni-dilxəstə, könül içrə xəyali-ləbi-yar, Mən ki möhnətzədə başımda xumari-meyi-nab.

Sübhədək dideyi-əxtər kimi bidar gözüm, Zarü əfkarü dilazürdəvü məşğuli-kitab.

Nagəhan həlqeyi-dərdən ucalıb çərxə səda, Lərzə əndamıma düşdü, eşidib, çün simab.

Ki, xudaya, bu zaman kimdü bu qapuni döyən, Deyiləm bir kəsə mədyun ki, gəlib alsın hesab.

Və nə mən bir kəs ilə eyləmişəm cəngü cədəl, Gələ fərraş mənə etmək üçün zəcrü əzab.

Bu nə məsciddü ki, hər ləhzə qapusun açalar, Bu nə meyxanədü kim, istəyələr cami-şərab.

Bu nə həmmami-Sifahandu ki, vəqtü bivəqt, Xəlq qüsl etmək üçün eyləyə hər ləhzə şitab.

Bu deyil Hacı Kamal oğlu Təqinin otağı, Nisfi-şəb söhbət üçün eyləyələr dəqqül-bab.

Əlqərəz, xövfü rica ilə ayağə durdum, Pəsi-dərdən ona verdim bu təriq ilə cavab.

Kimsən, aya nə işin var bu şəbi-tardə kim, Salmısan günbədi-gərdunə səda, xanəxərab?

Azmısan yol bu şəbi-tirə müsafirsən əgər, Karivangah deyil bu, yeri, tut rahi-səvab!

Qəsəm ol münimü fəyyazə ki, sailsən əgər, Yoxdu bir şey ki, verib hasil edəm əcrü səvab.

Eşidib bu sözü səsləndi ki, ey divanə, Bu nə əfsanə süxəndir, bu nə bihudə cavab?

Bildim ol dilbəri-mehparədi kim, eşqindən Yox idi dildə təvan bu dili-qəmdidədə tab.

Sıçrayıb bərqtək açdım qapını sürətlə, Gördüm ol mahı töküb gün üzünə ənbəri-nab.

Xali-müşkini onun tərfi-ləbi-ləlində Elədir, sanki qonub kuzeyi-şəkkərdə zübab.

Zülfi-pürçinü girehgiri rüxi-alında, Sanki bir əqrəbdir müşk ilə etmiş məhtab.

Arizi üzrə ərəq sanki gül üzrə şəbnəm, Ya düzülmüş təbəqi-lalədə löluyi-xoşab.

Öldürüb bir neçə yüz aşiqi-sərgərdanı, Eyləyib əllərini qan ilə ol şux xizab.

Dedi: – Ey Seyyidi-biçarə, nolubdur ki, sənə, Rahəti-xabdədir xəlq, vəli sən bixab?

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.