Əsas məzmuna keç

Heca şeiri

Döyüşdədir Azərbaycan

Zəlimxan Yaqub

1

Döyüş, ay eloğlu, döyüş, Bircə qarış torpaq üçün, Bu gün hər bucaq döyüşür. Silahları olmasa da, Xalq özü silaha dönür, Diş ilə dırnaq döyüşür. İblislərin fitvasıdır, Torpağa qanları tökən, Vuruşur əlbəyaxa, Sümüklə bıçaq döyüşür. Dəli sellər, axar çaylar, Dönür yurdun ordusuna, Buludları yarıb keçir, Havada bayraq döyüşür. O torpaqlar qayıtmasa, Qılınc qında yata bilməz. Qisası var millətimin, Haqqı üçün haqq döyüşür.

2003, 5 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.