Döymü?
Zəbaniyə mələklər, Əllərində gürz döymü? Səkkiz ərşi bürüyən «La ilahə!» vəz döymü?
Bilməz, keçər axmaqlıq, Qayğı, qüssə çəkməklik, Gözdən yaşın tökməklik Qadir haqqa ərz döymü?
Əlin üzməsin deyə, Bivec gəzməsin deyə, Mömin azmasın deyə Şəriət bir mərz döymü?
Etməgil xəyanəti, Atmagil dəyanəti, Tanrının əmanəti Can tənində qərz döymü?
Məxdumqulu, qovğamız, Başdan aşa sevdamız, Məhşər günü günahmız – Sünnət ilə fərz döymü?