Əsas məzmuna keç

Qoşma

Dostlarım

Məxdumqulu Fəraqi

1

Vah, məni rəncü ələm əfkar qıldı, dostlarım, Atmağa möhnət oxun təyyar qıldı, dostlarım, Qayğı ilə bizləri bimar qıldı, dostlarım, El-gün, tay-tuşlarıma həm zar qıldı, dostlarım, Şum fələk ayrı salıb, naçar qıldı, dostlarım.

Coşğunum kəm, firqət içrə qalmışam bu cayda mən, Ayrılığın həsrətindən gecə-gündüz vayda mən, Düşmüşəm bir yar əlinə ruzi-şəb huy-hayda mən, İldə bir kərpic düşər, əskilərəm hər ayda mən, İşbu yarın hiyləsi həm xar qıldı, dostlarım.

Bir zaman rəhm eyləməs aşüftə halıma mənim, Ruzi-şəb mən ağlaram keçən bu salıma mənim, Neyləyim, işim düşübdir işbu zalıma mənim, Qüssə-qəmdən qeyri zat gəlməz xəyalıma mənim, Bizə zülfün görsədib, həm mar qıldı, dostlarım.

Ey könül, gəl şükür qılgil, olmagil zarü zəbun, Bəlkə mərdana könlüm, bil, ötər səndən bu gün, Cuşə vargil, ey könül, gir bəzmimə məndən şu gün, Bir neçə möhnətdə yatdın, indi gəl rahət bu gün, Eşq sərgərdanlığı avara qıldı, dostlarım.

Sözləyib, Məxdumqulu, bunça fəğan çəkmək nədir, Gözdə yaşın axızıb, xunabələr tökmək nədir, Qüssəni can şəhrinə toxum edib əkmək nədir, Dəhr ara rüsva olub, köksünü çak etmək nədir, Məni eşq sevdasına giriftar qıldı, dostlarım.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.