Dost üçündü şeirim, sözüm, dastanım
Nə yaxşı ki, həmdərdi var dərdimin, Dost zamanım, dost saatım, dost anım. Dostlar məni qala kimi qorudu, Yad tərəfdən daşlananda bostanım.
Biri dəftər, biri qələm gətirdi, Biri sarğı, biri məlhəm gətirdi, Ruha sirdaş, qəlbə həmdəm gətirdi, Dost səhərim, dost axşamım, dost danım.
Elin qəlbi bir dünyadır, bir cahan, Şair üçün cahan sirdi, sirr cahan. El sevgisi qoymadı ki, bircə an, Yalqız qalım, yasa batım, yaslanım.
Heç bir kəsə üzqarası deyiləm, Heç bir qəlbə söz yarası deyiləm, O dünyaya aparası deyiləm, Dost üçündü şeirim, sözüm, dastanım.
2006, 20 iyun