Dost – torpaq
Nə yaman soyuqmuş torpağın üzü, Canında bir zərrə isti yoxuymuş. Qoynuna çəkdisə qurtardı, getdi, Od-ocaq kəsildi, tüstü yoxuymuş.
Göz yaşı, dərd-nalə, ah-zar aparır, Bizi ölüm çəkir, məzar aparır. Hərəni bir cürə azar aparır, Allahın heç kəslə qəsdi yoxuymuş.
İnsanın zülmünə, bəxtinə baxın, Dərd dalğa-dalğadı, qəm axın-axın. Yenə də insanın torpaqdan yaxın, Torpaqdan istəkli dostu yoxuymuş.