Dost-düşmən
Göy üzü dostum olsa, Mənim könül dünyama Günəşini göndərər. Heç nə üşütməz məni, İstisini, odunu, atəşini göndərər. Yaradan dostum olsa, Məclisimə nur kimi mələkləri göndərər. Yaranan dostum olsa, Çəmənləri bağlayar, çiçəkləri göndərər. Vay o gündən, dostların çevrilə düşmən ola, Aydınlığa gedən yol Tutuşa birdən-birə, duman ola, çən ola. Zaman səni unuda, vaxt səni gözdən sala, Şah bir az əyri baxa, taxt səni gözdən sala!
2009