Əsas məzmuna keç

Qoşma

Dost

Zəlimxan Yaqub

1

Yaxşılar içində keçəndə ömrün, Həyat şirin olar, xoş görünərmiş. Yanında olmasa istədiyin dost, Dünyanın bir yanı boş görünərmiş.

Ömrün mənasıdı, qəlbin həmdəmi, Ana da, bacı da, yar da gözəldi. Təkliyin üzünü görəndə bildim, Dost harda şirindi, harda gözəldi.

Qüdrətim olsaydı istədiyim tək, Eşqinə ölümsüz dastan deyərdim. Soyumazdı ürək, yorulmazdı dil, Min il ömrüm olsa, dostdan deyərdim.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.