Dörd yanımız hasar, barı
Açılmaq gül kimi aydın, Açılıb-solmayan varmı? Boz-bulanıq göylər kimi, Boşalıb-dolmayan varmı?
Qəmli kimdir – boyun bükən, Dərdli kimdir – qan-yaş tökən. Ey saçına sığal çəkən, Saçını yolmayan varmı?
Dörd yanımız hasar, barı, Gün əritməz yatan qarı. Biz gedirik qəbrə sarı, Bizimlə olmayan varmı?
2004, 30 avqust