Dönübdü
A bimürvət, axı səndən ötəri Ah çəkməkdən bağrım qana dönübdü! Qədd əyilib, gül irəngim saralıb, Xəzan dəymiş gülüstana dönübdü.
Dindirirəm, danışmırsan, gülmürsən, Xəbər alıb ev halını bilmirsən, Endiribən məclisimə gəlmirsən, Yoxsa taxtın Süleymana dönübdü?!
Dal gərdəndə siyah zülfün hörübsən, İnkar eyləməynən, ilqar veribsən. Yazıq Ələsgərdən üz döndəribsən, Ya baxt yatıb, ya zamana dönübdü.