Əsas məzmuna keç

Qoşma

Dönəsiyəm

Zəlimxan Yaqub

1

Mən ki belə vurğunuydum bu torpağın, Dağlarında yaz mehinə dönəsiyəm. Nə zamansa damlalara qarışası, Gül ətrinə, gül mehinə dönəsiyəm.

Doğma olan bir nəfəsə qovuşanda, Könül eşqə, can həvəsə qovuşanda, Coşa gəlib səsim səsə qovuşanda Bir bülbülün cəh-cəhinə dönəsiyəm.

Yağış olub yer üzünə yağa bilsəm, Torpaq olub Günəş nuru saça bilsəm, Ulduz olub dan yerindən doğa bilsəm, Yerin-göyün fərəhinə dönəsiyəm.

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.