Dönərdim
Qəlbin desə idi qəlbim deyəni, Sən gəzən dağlarda selə dönərdim. Qovardım üstündən dumanı, çəni, Saçını dağıdan yelə dönərdim.
Ruhları əllərdən almaq istəsən, Nəğmənin heyranı olmaq istəsən, Könlümü saz kimi çalmaq istəsən, Sinəndə bir gümüş telə dönərdim.
Niyə bel bağladım sənintək qıza, Gəzirəm qəlbimdən qan sıza-sıza. Zəlimxan nə desin sən ilqarsıza, Yerinə mən olsam, külə dönərdim.
1971, 17 yanvar