Əsas məzmuna keç

Qoşma

Dönə-dönə

Zəlimxan Yaqub

1

Gəldim hüzuruna, ay çiçəkli dağ, Dolandım qoynunda mən dönə-dönə. Gəzdi saçlarımda səhərin mehi, Hərləndi başıma çən, dönə-dönə.

Sənə vurğun olmaq adətdi məndə, Gərək sevgisinə qul ola bəndə. Hər bulaq başında, hər göy çəməndə, Qurdun məclisimi sən dönə-dönə.

Zəlimxan istər ki, xəyala varsın, Fikrinin gücüylə dağları yarsın. Sənin qarın kimi, birdən ağarsın, Düşməsin saçıma dən, dönə-dönə.

1972, 8 may

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.