Əsas məzmuna keç

Qoşma

Döndü dövr yamana

Məxdumqulu Fəraqi

1

Ey aşiqlər, ağlaram, gəldi, keçdi zamana, Yaxşı qədri bilinməz, döndü dövr yamana, Yaman aldı cahanı, dönməz dili imana, Çox fəqirlər ağlaşıb, gələr ondan amana, İstəyi var az vaxtdan dərhəm ola zamana.

Nə səfalı gün imiş tay-tuş ilə baş qoşman, Alıb getdin başını, nə dost bildin, nə düşman, Ey yaranlar, xeyri yox, indi olsan min peşman, Dünyasına dolaşman, oğul-qıza bulaşman, Nə hüzurlu gün olar olub getsək divana.

Düşməyin xam xəyala: dəhrə gələn ölməzlər, Gələn keçər dünyadan, biri aman qalmazlar, Canlar çəkib çağırsam, doğru yola gəlməzlər, Hər nə olsa udarlar, halal, haram bilməzlər, Derlər: haqdır Məhəmməd, əməl etməz Qurana!.

Dövran, necə dövransan, qərib ağlar, el dinməz, Zülmü artar zalımın, heç könlünə rəhm enməz. Cahanı yaxdı getdi, yamanın odu sönməz, Bir Məhəmməd xətrinə yer yarılmaz, göy enməz, Çərx güvənir bu işə, olmaz axır zamana.

Qafil qaldım, yaranlar, öz-özümdən riştim yox, Haqdan qeyri heç yerdə pənahım yox, puştum yox, Fikir bəhrinə girdim, yelkənim yox, kiştim yox, Məxdumqulu, mən burdan hara çıxım, dəştim yox, Əlim versəm tutan yox, düşdüm dibsüz ümmana.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.