Əsas məzmuna keç

Qoşma

Döndü

Məxdumqulu Fəraqi

1

Üzü mahi-tabanım, Gün kimi ayə döndü, Çərx oldu nərdivanım, Göy payə-payə döndü.

Bir gün aşiq şövq oldu, Qəm-qüssəsi yox oldu, Hər kirpiyin ox oldu, Qaşların yayə döndü.

Aşığı saldın oda, Qoydun getdin burada, Günorta verdin vədə, Vaxt keçdi, sayə döndü.

Can qalmadı bədəndə, Yanaram ah edəndə, Gözüm gəlib-gedəndə, Hər günüm ayə döndü.

Min sevdam var, bir başım, Qoydum elim, qardaşım, Ağlamaqdan göz yaşım Coşğun bir çayə döndü.

Yarın könlü çağ oldu, Aşiqlər dustağ oldu, Dalda yerim dağ oldu, Düz yerim qaya döndü.

İstərəm gündə-gündə, Ağlaram tündə-tündə, Hər zülfünə bir bəndə, Hu saya-saya döndü.

Dal-budaqlar əyildi, Köçdü bülbül, dağıldı,

Axar sular soğuldu, Çöl yerlər çayə döndü.

Dərman olmaz əlaca, Zad verməzlər möhtaca, Baylar döndü qəllaca, Fəqirlər baya döndü.

Məxdumqulu, gəzəndə, Hələb, Qeysər düzündə, Gözəl yarın izində Ömrümüz zayə döndü.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.