Əsas məzmuna keç

Gəraylı

Dolu getdim, dolu gəldim

Zəlimxan Yaqub

1

Səfər etdim söz dalınca, Dolu getdim, dolu gəldim. Bu dünyanın o başından, Mənə çatan yolu gəldim.

Hər sözümü tutdum zərə, Öz payını aldı hərə, Axdım yanan könüllərə, Çeşmə kimi sulu gəldim.

Nəfəsimdən nur yağası, Canım şeirin sadağası, Oldum sözümün ağası, Oldum haqqın qulu, gəldim.

Döndüm saza, döndüm neyə, Kəmənd atdım yerə-göyə, Ululardan deyə-deyə, Ululaşdım, ulu gəldim.

2010, 23 mart

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.