Əsas məzmuna keç

Müxəmməs

Dolanır

Aşıq Ələsgər

1

Bu günkü məclisimdə Görün, necə can dolanır?! Bəzənib tovuz kimi, Huriyi-qılman dolanır; Aləmə aşikardı, Aşıqdan pünhan dolanır; Qaşları cəllad olub, Qəmzəsində qan dolanır; Şəst ilə xaki-payına Gör neçə qurban dolanır?!

Hər yanı axtarmışam, Yaranmayıb belə afat; Xaliqin nurundandı, Zikr olunur ismi "həyat"; Üzünü görən kimsə Gərək çevirsin salavat; Diriyə ölüm yoxdu, Mürdələr də tapar həyat; Meylini döndərəndə, Çarx dönür, dövran dolanır.

Əndam ağ, bədən nazik, Gərdən misli-sürahıdı; Çöhrəsi şölə saçır, Göylərin şəmsü mahıdı; Qaş qara, gözlər ala - Bu ki mələklər şahıdı; Qınama Ələsgəri, Gözəlliyin məddahıdı; Qüdrətin nəqqaşına Olubdu heyran, dolanır!

Aşıq Ələsgər
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.