Əsas məzmuna keç

Heca şeiri

Doğmaca qardaş kimi

Zəlimxan Yaqub

1

Yanan şamla üz-üzə, ilhamla baş-başayam, İlham üzə güləndə sanki xanam, paşayam. Gərək hər gəlişinə səcdə qılam, baş əyəm, Sözlər çıxır canımdan, gözdən çıxan yaş kimi.

Dən sünbülə qaytarır, sünbül dənə nə versə, Din Tanrıya qaytarır, Tanrı dinə nə versə. İlhama pay çıxıram, Allah mənə nə versə, Bölürük nəyimiz var doğmaca qardaş kimi.

2002, 21 iyun

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.