Doğma Xəzər, xeyli var ki, görüşmürük
Doğma Xəzər, xeyli var ki, görüşmürük, Dalğaların səsi gəlmir qulağımdan. Pıçıltılar kəlmə-kəlmə yadımdadır, Ləpələrin sözü düşmür dodağımdan.
Unuduram, unudulur dərd də, qəm də, Adın gəlib xəyalımdan keçən dəmdə, Sənin kimi dəniz ola bilməsəm də, Qəlbi yanan su içərdi bulağımdan.
1977, 10 mart