Dodaqlar
Güldən şirə çəkən arıya bənzər, Dodağın üstünə qonar dodaqlar. Ağzından su tökən lalələr kimi, Alovlar içində yanar dodaqlar. Duyğulu ürəyə həyat bağışlar, Duyğusuz ürəyi qınar dodaqlar. Bir totuq çənəni, bir ağ buxağı, Dünyanın mərkəzi sanar dodaqlar.
1973, 10 noyabr