Əsas məzmuna keç

Qoşma

Dodaqdəyməz təcnis

Zəlimxan Yaqub

1

Gələn yaz ayları, ay istəkli yar, Açılan çiçəklər, yeri dər indi. Keçəndə asta keç, ehtiyat eylə, Lal axan çayların yeri dərindi.

Gəlin eyləyəndi qarını dağlar, Ağlığın dağların qarını dağlar. Səcdənə gətirər qarını dağlar, Selləri qarşına yeridər indi.

Sanki telim əsir nərgiz əsəndə, Gəl, istək yaransın nərgizə səndə. Ay çiçək, heyran qal nərgizə sən də, Aşiqin gəzdiyi yeri dər indi.

1973, 30 yanvar-3 fevral

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.