Dodaqdəyməz təcnis
Keçdi dərələri, açdı yolları, Eşqi tanıtdırdı yara dağları. Gərək qar əriyə, sellər yeriyə, Sağala sinədə yara dağları.
Aşiq yetirərdi, Əsli dayansa, Azıydı keşişin əsli də yansa. Leyli də ağlasa, Əsli də yansa, Çətin xəstə salar yara dağları.
Zəlimxan, dediyin yaxşıdır, de, di, Sarı da yarına Yaxşıdır dedi. Şirin əziyyəti yaxşıdır dedi, Hər kəs ki, istədi yara dağları.
1972, 18 dekabr