Əsas məzmuna keç

Heca şeiri

Dodaqdəyməz təcnis

Zəlimxan Yaqub

1

Yenə nə yerişdi, nə sallanışdı, Yəqin xeyir işdi, gəlhagəlindi. Yarıcandı həsrətinlə yanan kəs, Çatdır əli ələ, gəl, ha gəl indi.

Çalış səndən razı qalsın qayın, ata, Yaxşı deyil ər inciyə, qayın ata. Şirin dillə “ay qız” desin qayınata, Qaynana çağırsın gəl ha, gəlin, di.

Can yanandı, diş inləyən, dil əsən, Yaxşılığı hər an gətir dilə sən. Nə istəsən qarşı gələr, dilə sən, Yaxşı yerindədi gəlhagəl indi.

1972, 16 dekabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.