Dodaqdəyməz təcnis
Aylar-illər həsrətini çəkərsən, Hicran keçər, yetişərsən yara sən. Tez yetirsən, çiçəklənər həyatın, Gec yetirsən, alacaqsan yara sən.
Yaxşı keçsin yazın, qışın, yayın, gəz, Yaxşı anla ləzzətini yayın, gəz. Xainlərin nəzərindən yayın, gəz, Aralı keç, qara yeldi yar, əsən.
Yaxın getsən ayaq altı qazana, Salar səni hər an qaynar qazana. Dərd anlaya, yaxşılığı qazana, Can eşidə, can deyəsən yara sən.
1972, 13 dekabr