Dodaqdəyməz təcnis
Canıyanan gərək yandıra canı, İşin yad əlində ha qalar, qalar. Yeriyərsən canın çıxana qədər, Həsrət səni dərdə ha qalar, qalar.
Əldən gedər qalan həya, qalan ar, Yazıq canım atəşlərə qalanar. Nakəs elə şər danışar, qal anar, Ha yeri, istəyin ha qalar, qalar.
Yaralardan qətrə-qətrə qan sıza, Çətin işdi yer eləyə qansıza. Didələrin yaş axıda, qan sıza, Ağrılar canında ha qalar, qalar.
1972, 13 dekabr