Əsas məzmuna keç

Qoşma

Dodaqdəyməz təcnis

Zəlimxan Yaqub

1

Dağların laləsi yanağındadı, Qarı xəcil eylər yar, ağın sənin. Çıxanda asta çıx el arasına, Nahaq qan axıdar yarağın sənin.

Sinəsini əlli yerdən yarsalar, Çətin yarı nəzərindən yar salar. Yenə səni yada salsa, yar salar, Qeyrisi qaraldar yar ağın sənin.

Əgər istəsən ki, alasan canı, Çətinlik nə gərək, al asan canı. Zəhərli iynədi, ala sancanı, Aşiqə şəkərdi, yar, ağın sənin.

1972, 22 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.