Dodaqdəyməz təcnis
Gəldi yaz ayları, ay istəkli yar, Açıldı çiçəklər yeri, dər indi. Keçəndə asta keç, ehtiyat elə, Lal axan çayların yeri dərindi.
Sanki telin əsir nərgiz əsəndə, Gəl, istək yaransın nərgizə səndə. Ay çiçək, heyran qal nərgizə sən də, Aşiqin gəzdiyi yeri dər, indi.
Gəlin eyləyəndi qarını dağlar, Ağlığın dağların qarını dağlar. Səcdənə gətirər qarını dağlar, Selləri qarşına yeridər, indi.