Dodaqdəyməz təcnis
Şair-aşıq, aylar qaldı arxada, Yenə səni yar istədi, yar andı. Canı candan ayırsa da ayrılıq, Dedin çətin yaddan çıxar yar andı.
Yaralansa, qanlar axsa yaradan, Sızlasa da yara səhər, yara dan. Qayalarda Şirin əksi yaradan, Eşqin səsi dağı-daşı yarandı.
Dilin yandı hər deyəndə yar, aşıq, Sənətinə ellər aşıq, yar aşıq. Sinən saza, sazın xalqa yaraşıq, Adın-sanın elə həyan yarandı.