Əsas məzmuna keç

Gəraylı

Dodaqdəyməz gəraylı

Zəlimxan Yaqub

1

Tərlan təki seyrə çıxar, Qarlı dağlar aşar xəyal! Gah dediyi yerdə gəzər, Gah yerini çaşar xəyal!

Qardaşıdı qeyrətlə ar, Qara saça yağdırar qar. Şəlalədi, işıq saçar, Dəli seldi, daşar, xəyal!

Şirin candı can içində, Eşq əhlisən, yan içində. Ərzi gəzər an içində, İnsan ilə yaşar, xəyal!

1973, 8 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.