Əsas məzmuna keç

Heca şeiri

Divar və çay

Zəlimxan Yaqub

1
(Berlinin yıxılan divarları önündə düşüncələr)

Bir dövləti ikiyə bölən divar yıxıldı; Bir milləti ikiyə bölən çayı neyləyək? Biri azad, müstəqil, biri fikir dustağı, Bu tay bir yana çıxdı, bəs o tayı neyləyək? Nə rusam, nə almanam, nə farsam, nə ingilis, Türk adıyla Tanrıdan gələn payı neyləyək? İki yüz il ağlamaq bizə fayda vermədi, Qulaqlara çatmayan hay-harayı neyləyək? Divar yıxmağa nə var, çayı qurutmaq olmur, Göz yaşına qarışan ahı-vayı neyləyək? Nə saray endi xalqa, nə xalq saraya çatdı, Zora gücü yetməyən Ağ sarayı neyləyək? Tarix deyir: bərkiyin, bütövləşin, birləşin, Boynumuza qoyulan haqqı-sayı neyləyək?

2004, 10 noyabr Almaniya, Bilefild

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.