Əsas məzmuna keç

Heca şeiri

Divani

Zəlimxan Yaqub

1

İnsan oğlu tez qocalar, Vaxtsız ağarar başı. Canı-dildən sevdiyi yar Özünə tay olmasa! Kür uşağa ana gərək, Yatırda laylasına. Sellər dağda mələr qalar Anası çay olmasa!

Gərək haqqın, həqiqətin Özü sənə yar ola. Harda bağlı qapı görsən Yox yerdən açar ola. Yüz deyəsən varım olsun, Çox çətin ki, var ola. Təbiətin sidq-ürəklə Verdiyi pay olmasa!

Kəpənəkçi Borçalıda Ən böyük kəndim mənim. O torpaqdan qüvvət alıb Dağılmaz bəndim mənim. Zəlimxanam, şirinlikdə Şəkərim, qəndim mənim. Əllərim bir yana çatmaz, Ondan haray olmasa.

1972, 21 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.