Divana gəldi
Bir gecə yatırdım, şah Nəqşibəndi − Bəhaəddin adlı, divana gəldi. Əsasını alıb düz Buxaradan, Haq eşqinə məstü məstana gəldi.
Bir neçəsi yarü yaran durdular, Məclislər uzandı, halqa qurdular. Nərələr çəkdilər, səmah vurdular, Sədalar düzüldü, can-cana gəldi.
Qovğa qopdu, rəhmət boyandı düzlər, Saçıldı qan-yaşlar, açıldı gözlər, Yığildı dərvişlər, töküldü feyzlər, Guya dersən axır zamana gəldi.
Oxur olsa, elmi-lədun acıqlı, Həm divanə, həm bəngi, həm içikli, Əlində badəsi başdan keçikli, Sinəmdə qoydular, bir şana gəldi.
Məxdumqulu deyər, Qurana uydum, Qeybəti dışladım, haramı qoydum, Qoruya bilmədim, sirrimi dedim, Saxlaya bilmədim, zəbana gəldi.