Əsas məzmuna keç

Qoşma

Dışda bəllidir

Məxdumqulu Fəraqi

1

Yaxşının qədrin el bilməz, Yaxşılar dışda bəllidir, Mövlam nəzər salsa kimə – Olacaq başda, bəllidir.

Evdə yatıb etmə günah, Əl-ayağın olar güvah, Elə pünhan, haqqa agah, Ər adam işdə bəllidir.

Bu dünyada maldır görkün, Hər bir yerə yetər ərkin, Öyündə laf vurar hər kim, Batır savaşda bəllidir.

Xınanı yaxsan, rəng olar, Qızılı söksən, səng olar, Bütün bədəvlər tən olar, Bədəv çapışda bəllidir.

Xoca, seyid əsalətli, Fəqirlərə dəlalətli, Xoş təbəssüm, məlahətli – Hər kəs tay-tuşda bəllidir.

Məxdumqulu, şövqün günü, Yaxşıdır islamın dini, Yenə xas gözəlin sini Göz ilə qaşda bəllidir.

Məxdumqulu Fəraqi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.