Dış qaldı
Çəkdik zövqü səfa cavanlıq çağı, Bahar ötüb keçdi, bizdən dış qaldı. Qocalıq yetişdi min əzab ilə, Mizan ötdü, xəzan gəldi, qış qaldı.
Ömrümü sərf etdim hay ilə vaya, Qulluq-taət eyləmədim xudaya, Misilsiz gəncliyi ötürdüm zaya, İndi nə güc-qüvvət, nə bir coş qaldı.
Ömrümün qalmadı bir zərrə şadı, Heç kimsə eşitməz ahı-fəryadı, Cismim kabab etmiş ayrılıq odu, Ürəklər qan olub, gözdə yaş qaldı.
Ayrılıqdan cismimə od qalandı, Gülüm soldu, xəzan gəldi dayandı, Xəzinəm çapıldı, öyüm talandı, Nə məndə bir ağıl, nə bir huş qaldı.
Qoydu məni yüz min azara firqət, Gecəm uzun oldu, dan atmaq − riqqət, Qüssə ilə gün keçirmək məşəqqət, Nə canda farağat, nə bir eyş qaldı.
Ayrılıq canıma çox azar verdi, Rəncü ələm çəkdim, tənim saraldı, Qüssə ilə saç-saqqalım ağardı, Nə ruhda şad, nə könüldə xoş qaldı.
Məxdumqulu, işim qeylü-qal oldu, Şum ayrılıq ilə ağlım lal oldu, Bilmədim, nə sevda, necə hal oldu, Can təndən ayrıldı, quru leş qaldı.