Dilbərin
Könül şəhrinə od saldı, Vah, neylək, narı dilbərin. Ətrafımı duman aldı, Gələndir qəhri dilbərin.
Adam nəsli deyil məgər, Huri-qulman başın əyər, Xəndan eylər, bizə dəyər, Qorxuram, marı dilbərin.
Gövhər, yaqut yar boynunda, Fələk lərzandır oynunda, Yetişıbdir yar qoynunda, Pünhandır narı dilbərin.
Odur aşiqlər atəşi, Əriyib Məcnunun yaşı, Kənizidir, həm sirdaşı − Behiştdə huri dilbərin.
Yandı qoca ürək, yaran, Xiridarı sən biçarən, Məxdumqulu − bəxti qaran Namusu, arı dilbərin.