Əsas məzmuna keç

Gəraylı

Dil ilə dərvişlik olmaz

Şah İsmayıl Xətai

1

Dil ilə dərvişlik olmaz, Halı gərək yol əhlinin. Arıların hər çiçəkdən, Balı gərək yol əhlinin.

Keçmək gərək dörd qapıdan, Qurtulasan mürəbbidən, Mürəbbidən, müsahibdən Əli gərək yol əhlinin.

Mən gəzərəm dərdli-dərdli, Ötər firqətli-firqətli, Bülbül kimi ünü dadlı Dili gərək yol əhlinin.

Mən gəzərəm ayıq-ayıq, Dəryalarda olur qayıq, Bülbülləri şaha layıq, Gülü gərək yol əhlinin.

Xətayim der: – Quşaq quşan, Toz olur türaba düşən, Budur dərvişliyə nişan; Yolu gərək yol əhlinin.

Lüğət: Dil – ürək; Mürəbbi – tərbiyəçi; Firqət – ayrılıq; Dili – şeyda – vurğun ürək, sevən könül; Türab – torpaq

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.