Əsas məzmuna keç

Qoşma

Dil

Zəlimxan Yaqub

1

Mənim doğma Azərbaycan dilimdir, Alov dili, atəş dili, köz dili. Şöhrətimi fələklərə qaldırıb, Nəsiminin haqq ürəyi, düz dili.

Öz Kürüm var, milyon dənə Nil olsa, Öz gülüm var, dünya dolu gül olsa. Ulduzların sayı qədər dil olsa, Bir dünyadı hər insana öz dili.

Onsuz coşub çağlamaram, dolmaram, Onunlayam, heç bir zaman solmaram. Zəlimxanam, iki dilli olmaram, Bir dil ilə danışaram yüz dili.

1974, 12 yanvar

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.